İlyas İsmayılov: “Azərbaycanda seçkilərin monitorinqinə ehtiyac var”

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların dünyaya çatdırılması istiqamətində geniş miqyaslı layihəyə başlanıb
Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın
AVCİYA Seçki Qərargahı prezident seçkiləri ilə bağlı həyata keçirdiyi KİV-in monitorinqini və hesabatını açıqlayıb

Ölkəmizdəki seçkiqabağı duruma, qanunvericilik və yeniliklərlə bağlı məqamlara münasibət bildirmələri üçün siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçilərinə müraciət etdik. İlk həmsöhbətimiz Ədalət partiyasının sədri, millət vəkili İlyas İsmayılov oldu.

– İlyas müəllim, ölkəmizdəki seçki qanunvericiliyində hansısa dəyişikliklərə ehtiyac varmı?
– Əvvəla heç bir qanunvericilik aktı tam təkmil ola bilməz. Əlbəttə, hər bir qanunvericilikdə nəyisə dəyişmək olar. Ancaq mənə elə gəlir ki, demokratik seçki keçirilməsinə istək olarsa, elə indiki qanunvericilik aktı ilə də normal seçki keçirmək mümkündür.
– Bir sıra ölkələrdə, xüsusilə inkişaf etmiş ölkələrdə seçkilərin monitorinqi aparılmır. Azərbaycanda da monitorinqsiz seçki mümkündürmü?
– Adətən, biz özümüzü başqa ölkələrlə müqayisə edirik. Ancaq bilirsiniz ki, hər seçkidən sonra Azərbaycana münasibətlər müxtəlif olur. Ona görə də Azərbaycanda seçkilərin monitorinqi aparılsa daha yaxşı olar.
– Yeni parlamentdə qadınların təmsilçiliyinin artması ilə bağlı fikirlər səsləndirilir…
– Düşünürəm ki, süni surətdə heç nə eləmək lazım deyil. Əgər ləyaqətli, dövlətçilik təfəkkürü olan, qanunvericilik hakimiyyətinin funksiyasını gözəl bilən qadınlar varsa, seçilsinlər. Amma süni, planlı şəkildə kimisə mütləq seçəcəklərsə, bu məqsədəuyğun deyil.
– Seçkilərə maliyyə baxımından hansı formada qatılırsınız?
– Maliyyəmiz yetərincə deyil.
– Əgər namizəd olduğunuz dairədən partiyanızın başqa bir üzvü namizəd olsaydı, buna necə yanaşardınız?
– Normal baxardım.
Belə bir fakt yoxdu ki…
– Dəqiq bilmirəm. Ancaq yəqin ki olmaz.
– İlyas müəllim, beynəlxalq təşkilatların Azərbaycandakı fəaliyyətindən razısınız?
– Xeyr, razı deyiləm.
– Sonda AVCİYA-nın “525”-ci qəzetdə hazırladığı səhifəyə münasibətinizi bilmək istərdik.
– Çox müsbət yanaşıram.