Mehriban Əfəndinin əsərləri Avropada ən böyük sürrealizm sərgisində təqdim olunacaq

“ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu çapdan çıxıb
AVCİYA prezidenti: “Sərsəng məsələsi Azərbaycanın daxili işidir, Prezidentimiz tezliklə bunu da həll edəcək”
Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb

Dekabrın 23-də Avropada ən böyük sürrealizm sərgisi açılacaq. Bu geniş ekspozisiyada Azərbaycanı Əməkdar Rəssam Mehriban Əfəndi təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, ekspozisiya 2010-cu ildə Avropada yaradılmış “Sürrealizm indi” qrupunun təşkilati dəstəyi ilə Portuqaliyanın Kondeyşa-a-Nova şəhərciyindəki Poros Multimedia Muzeyində təşkil edilir. Sərgidə dünyanın 48 ölkəsindən 100 rəssamın əsərləri nümayiş etdiriləcək.

Ekspozisiyanın kuratoru sürrealist rəssam Santyaqo Ribeyrodur. Azərbaycanlı rəssam “Miriada” və “İmpressiya” əsərlərini təqdim edəcək.

Qeyd edək ki, M.Əfəndi “Beynəlxalq sürrealizm indi” layihəsində 2010-cu ildən iştirak edir. Mehriban xanımın işləri Portuqaliya, ABŞ, Hollandiya, Bolqarıstan, Slovakiya və digər ölkələrdə nümayiş etdirilib.