Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
Ümumilikdə azad olunmuş ərazilərdə 13 min 273 hektar ərazi minalardan təmizlənib
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində İlham Əliyevin çıxışı

İşğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımıza dəstək aksiyası davam edir.

“Report” xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən reallaşan aksiyanın növbəti ünvanı Qubadlı rayonu olub.

“Report” İnformasiya Agentliyinin çəkiliş qrupunun da iştirak etdiyi aksiyada buradakı əsgərlərə ümumilikdə 3 mindən çox bağlama paylanılıb.

Hərbi qulluqçularımızla fərdi söhbətimizdə onlar qalib ordunun sıralarında xidmət etdiklərindən qürur duyduqlarını bildiriblər. Onlar belə məqamlarda əsgərlərimizi unutmayan xalqımızı, eyni zamanda onlara yardım edən təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Report