Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açılıb

Diplomatik korpus nümayəndələrinin Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır
Bakının Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb
Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…

Milli Kitabxanada “21 Sentyabr – Beynəlxalq Sülh Günü” adlı virtual kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan – Ermənistan – ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar haqqında dövri mətbuatda çap olunan məqalələr yer alıb.

Həmçinin Azərbaycan və xarici dillərdə ədəbiyyatlar yer alıb.

AZƏRTAC