Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər

İşğaldan azad edilmiş ərazilərdə xristian abidələri bərpa olunacaq
MDB PA-dan olan müşahidəçilər qrupu Azərbaycan Prezidenti seçkilərinin monitorinqində iştirak edəcək
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib

Alban-Udi xristian dini icmasının üzvlərinin Gəncəsər monastır kompleksinə səfərləri başlayıb.

“Report”un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, Alban-Udi xristian dini icmasının üzvləri rayonun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.

XIII əsrə aid olan Gəncəsər monastır kompleksi Alban xristian irsinin mühüm nümunələrindən biri hesab edilir. Xaçın çayının sol sahilində yerləşən monastır orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahlarından biri olub. Monastırın əsası 1216-cı ildə qoyulub və tikinti işləri XIII əsrdə tamamlanıb.

Gəncəsər monastırını ilk dəfə ziyarət edən nümayəndələr burada dini ayinləri icra ediblər.

Report