Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir

Dövlət Komitəsi: “Uşaqlarla bağlı komissiyalar birləşdirilməli, qadağalar qoyulmalıdır”
Azərbaycan Avropa Şurasının Antidopinq Konvensiyasının tədbirində təmsil olunub
BDYPİ əlverişsiz hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Forumda “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və perspektivlər” mövzusunda fikir mübadiləsi aparılır.

Tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planının (“Yol xəritəsi”) imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Forum çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası da keçiriləcək.

Fotoqraf – Aydın Məmmədov

AZƏRTAC