MN: Ağdərədə istismar müddəti başa çatmış yararsız döyüş sursatları məhv ediləcək

İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub
Ötən ay Azərbaycanda 10 mindən çox əcnəbi qeydiyyata düşmək üçün müraciət edib
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub

Aprelin 13–17-də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə məlumatda bildirilir.

AZƏRTAC