Möhsün Nağısoylu: “Problem dilimizdə deyil, bu dildə danışan bəzilərindədir”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub
AVCİYA Parlament seçkiləri ilə bağlı regionlar üzrə müşahidəçilərin seçilməsini başa çatdırıb

“Dilimizlə bağlı heç bir problem yoxdur. Problem bizim dilimizdə danışan bəzilərindədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda deyib.

M.Nağısoylu bildirib ki, Azərbaycan dili günü-gündən zənginləşsə də, əcnəbi sözlərin də dilə əlavə olunması qaçılmazdır: “Bəziləri dilə o qədər əcnəbi sözlər gətiriblər ki, yerli-yersiz necə gəlir ifadə olunur. Təbii ki, kim hansı dildə danışırsa, danışsın. Amma ana dilini unutmaq yolverilməzdir. Görün vəziyyəti hansı səviyyəyə gətirib çıxarıblar ki, ölkə başçısı çıxışlarının birində dil haqqında da bəzi fikirlərə yer ayırdı”.