MSK-nın ilkin nəticəsi: İlham Əliyev 84,94 faiz səs toplayıb

AVCİYA-nın vitse-prezidenti Ankarada Türkiyə-Azərbaycan qardaşlığının inkişafına dəstək məqsədilə bir sıra rəsmi görüşlər keçirib
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiqlənib
Regionların sosial-iqtisadi inkişafının qiymətləndirilməsi: mövcud vəziyyət və gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib

Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı Prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev indiyədək hesablanmış bülletenlərə əsasən 84,94 faiz (556 826) səs toplayıb. Trend-in məlumatına görə, bu barədə Komissiyanın saytında qeyd olunur.

MSK-nın ilkin nəticələrinə əsasən, digər prezidentliyə namizədlərin topladığı səslər:

Cəmil Həsənli – 4,10% (26 875 səs)
İqbal Ağazadə 2,29% (15 025 səs)
Qüdrət Həsənquliyev – 2,26% (14 807 səs)
Zahid Oruc – 1,76% (11 527 səs)
İlyas İsmayılov – 1,38% (9 041 səs)
Fərəc Quliyev – 1,01% (6 594 səs)
Araz Əlizadə – 0,94% (6 173 səs)
Hafiz Hacıyev – 0,66% (4 358 səs)
Sərdar Məmmədov – 0,66% (4 294 səs)

/Trend, müxbir M.Əliyev/