Müdafiə naziri: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir”

Ermənistanın işğal etdiyi Qarabağdan xaricə daşıdığı dəyərli tarix və mədəniyyət nümunələrinin qaytarılma problemi…
İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib
BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə, Azərbaycan Ordusunda həyata keçirdiyi islahatlar nəticəsində bu gün Ordumuzun xidməti fəaliyyəti və döyüş qabiliyyəti ən yüksək səviyyədədir”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir vurğulayıb ki, Azərbaycan Ordusunun xidməti döyüş fəaliyyətindən, onun inkişafından, aparılan islahatlardan günlərlə danışmaq olar: “Azərbaycan inkişaf edir. Təbii ki, ölkəmizin hərbi sahəsi də günü-gündən inkişaf edir. Ordumuz ən müasir silahlarla təchiz olunub. Ən əsası Azərbaycanın əsgərindən tutmuş generalına kimi hamıda böyük vətənpərvərlik və yüksək əhval-ruhiyyə var. Onlar hər zaman Ali Baş Komandanın əmrini icra etməyə qadirdirlər”.