Münaqişə bitəndən 9-u mülki şəxs olmaqla, Azərbaycanın 20 vətəndaşı mina partlayışında həyatını itirib

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha 7 kəndini işğaldan azad edib
Azərbaycan və Ermənistan XİN arasında videokonfrans formatında görüş keçirilib
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının Bəyannaməsi qəbul edilib

“Münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib”.

APA-nın məlumatına görə, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 8-i mülki şəxs olmaqla, 85 vətəndaş ağır yaralanıb: “Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. Ermənistan bunu etmədi. Ermənistanın insan həyatına bais olan minaları basdırması müharibə cinayətidir”.

APA