Natiq Məmmədli: Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır

İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib
Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Ağdam şəhərindəki Dəmir yolu və avtovağzal kompleksinin tikintisi bu il başa çatacaq 

Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır.

“Report” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli parlamentdə İnzibati Xətalar Məcəlləsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun qadağandan daha çox, uşaqlar üçün yeni imkanlar yaradan vasitə kimi təqdim olunmalıdır: “Biz uşaqlara onlar üçün faydalı olan informasiyalardan istifadəni təklif etməliyik”.

N.Məmmədli deyib ki, rəqəmsal mühitdə maarifləndirici resurslar artırılmalıdır:

“Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır. Həmçinin rəqəmsal reallığın pozitiv tərəflərinə diqqət yetirilməlidir”.

Report