Naxçıvanda keçirilən “Milli geyimlər festivalı” böyük marağa səbəb olub

Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
Xocalıda insan qalıqları aşkarlanıb
“Con Batçelor Şou”: Tərtər rayonundan reportaj

Sentyabrın 8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli geyimlər festivalı” keçirilib. Festivalın izləyiciləri arasında muxtar respublika sakinləri ilə yanaşı, əcnəbi turistlər və “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları da olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları və digər kollektivlər xalq mahnılarını, milli rəqsləri ifa ediblər. Bundan başqa, Naxçıvanda fəaliyyət göstərən teatrların aktyorlarının ifasında müxtəlif kompozisiyalar təqdim olunub. Geyim və rəsm sərgilərində əl işləri, qədim dövrlərə aid muzey eksponatları nümayiş etdirilib.

Xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilənin nümayişi tədbirə əlavə rəng qatıb. Azərbaycanın bütün bölgələrinə aid milli geyimli gənclərin əllərində oxunması zəruri olan kitablarla festivalda iştirakı marağa səbəb olub.