Nayrobidə şəhərlərin iqlim dayanıqlılığı və sosial müdafiəsi müzakirə olunub

Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi elan edili
Fransa Beynəlxalq Diplomatik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirilib

Nayrobidə keçirilən 2-ci Afrika Şəhərsalma Forumunda şəhərlərin iqlim dəyişikliyinə adaptasiyası və sosial həssas qrupların müdafiəsi mövzusunda yüksəksəviyyəli müzakirələr aparılıb.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu gün Nayrobidə 2-ci Afrika Şəhərsalma Forumu çərçivəsində şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi və sosial baxımdan həssas əhali qrupunun dəstəklənməsinə yönəlmiş yüksəksəviyyəli tədbirdə iştirak etdik. Bugün şəhərlər artan iqlim risklərindən tutmuş sürətli urbanizasiyaya qədər mürəkkəb çağırışlarla üzləşirlər. Bu kontekstdə dayanıqlılıq artıq yalnız ətraf mühit və ya şəhərsalma prioriteti deyil, həm də əsas sosial-iqtisadi məsələdir”, – deyə sədr qeyd edib.

Report