Nazir: Türkiyə ilə əməkdaşlığımız qardaş dövlətlərin enerji təhlükəsizliyinə necə töhfə verə biləcəyinin nümunəsidir

Qarabağ suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti onlayn iclası keçirilib
Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Sahibə Qafarova: Fransanın Qarabağla bağlı qərəzli yanaşması qəbuledilməzdir

Türkiyə ilə əməkdaşlığımız ölkələr qrupunun, tərəfdaş və qardaş dövlətlərin enerji təhlükəsizliyinə necə töhfə verə biləcəyinin çox yaxşı nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr Xəzər dənizini Bakı–Supsa kəməri vasitəsilə Qara dənizlə, Bakı–Tbilisi–Ceyhan, həmçinin Bakı–Tbilisi–Ərzurum layihəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirib.

AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu (ADF 2026) çərçivəsində təşkil edilən panel iclasda çıxışı zamanı bildirib.

“Bundan əlavə, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi tarixdə ilk dəfə olaraq Xəzər dənizini yeddi ölkə üzərindən İtaliyanın cənub hissəsi – Adriatik dənizi ilə birləşdirib. Bu, qlobal enerji sektorunun dayanıqlığını təmin etmək və enerji təhlükəsizliyini ən yaxşı şəkildə gücləndirmək üçün əməkdaşlığın necə qurulmalı olduğunun bariz nümunəsidir”, – deyə Pərviz Şahbazov əlavə edib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Fotoqraf – Nicat Haşımov