Növbəti köç Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib

Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
Türkiyənin Kommunikasiya İdarəsi: BƏƏ-dəki hər yerin bizim üçün legitim hədəf olacağı iddiaları yalandır
Ağdam şəhərindəki Dəmir yolu və avtovağzal kompleksinin tikintisi bu il başa çatacaq 

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb, açarlar sakinlərə təqdim edilib.

“Report” xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 15 ailə (57 nəfər) köçürülüb.

Açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin əraziləri işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

Report.az