Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb

Bakıda Zəfər muzeyinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər
Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib
Məleykə Abbaszadə abituriyent, müəllim və valideynlərə müraciət edib

Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatıb.

Report