Azərbaycan Asiyanın ən yaxşı mədəni və tarixi turizm ölkəsi seçilib

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək
Mehriban Əliyeva: İnsan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfər edib

Malayziya və ümumilikdə Asiya regionunun tanınmış nəşrlərindən olan “Top 10 of Asia” və “Top 10 of Malaysia” jurnallarının apardığı sorğunun nəticələrinə əsasən Azərbaycan “Asiyanın ən yaxşı mədəni və tarixi turizm ölkəsi” nominasiyası üzrə qalib olub.

AZƏRTAC xəbər verir ki, adıçəkilən jurnalları nəşr etdirən “RHA Media” təşkilatının paytaxt Kuala-Lumpur şəhərində keçirdiyi “TOP ASIA Corporate Ball 2025” adlı illik toplantı çərçivəsində xüsusi mükafat Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudova təqdim olunub. Mindən çox qonağın qatıldığı tədbirdə Malayziya və region ölkələrindən yüksəkvəzifəli dövlət rəsmiləri, ictimai xadimlər, diplomatik korpus təmsilçiləri, aparıcı şirkətlərin rəhbərləri, ekspertlər, blogerlər və media nümayəndələri iştirak ediblər.

Təşkilatçılar ölkəmiz tərəfindən son illər turizm sahəsində həyata keçirilən genişmiqyaslı layihələri, turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq səviyyədə artan marağı nəzərə alaraq Azərbaycanın Asiyanın aparıcı turizm istiqamətlərindən biri kimi seçildiyini vurğulayıblar.

Azərbaycanın layiq görüldüyü mükafat ölkəmizin zəngin tarixi irsinin, mədəni müxtəlifliyinin və dünya səviyyəsində tanınan turizm potensialının yüksək qiymətləndirilməsinin növbəti bariz nümunəsidir.

Qeyd edək ki, “Top 10 of Asia” və “Top 10 of Malaysia” nəşrləri Asiya regionu üzrə aylıq 400 mindən çox hədəf oxucu kütləsinə malikdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin