Növbəti köç karvanı Xocalı şəhərinə çatıb, açarlar təqdim olunub

Gürcüstan azərbaycanlılarının xüsusi mənəvi atmosferə, daxili düzənə malik Qaraçöp mahalı-III Hissə
Günnüt kəndində etibarlı müdafiə sistemi yaradılıb
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

Bu barədə “Report”a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 136 nəfərdən ibarət 25 ailə doğma yurduna qayıdıb.

Xocalıya çatan ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri qarşılayıb.

Report