Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub

ADB Azərbaycanda texnoloji startapların inkişafını dəstəkləyəcək
III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət voleybol millisi bürünc medal qazanıb
1,4 mindən çox şəxsə veteran adı və müvafiq vəsiqəsi verilib

Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

“Report” xəbər verir ki, Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 47 ailə olmaqla, 189 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikili və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Report