Operativ Qərargah: Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı

Ukraynadan Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir 

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.