Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Azərbaycandan İrana göndərilən humanitar yardım Astara sərhədinə çatıb
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsilhaqqı dövlət büdcəsindən ödəniləcək
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabrın 12-18-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 188, tankəleyhinə 66 mina və 631 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1420,9 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.

AZƏRTAC