Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti “DOST” mərkəzində olub

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıbDövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
İƏT Təmas Qrupu Qarabağa səfərin yekunları ilə bağlı hesabatını tərtib edəcək
Bakıda Qoşulmama Hərəkatı sammitinin yekun sənədləri razılaşdırılıb

Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti 3 saylı Bakı “DOST” mərkəzində olub.

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, səfər iştirakçıları DOST mərkəzindəki xidmət bölmələri ilə tanış olub, vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev agentliyin və mərkəzlərin iş prinsipləri, eləcə də əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim sahələrində vətəndaşlara göstərilən yüksək səviyyəli, bir pəncərə sisteminə əsaslanan xidmətlər barədə qonaqlara ətraflı məlumat verib.

Səfərin məqsədi həyata keçirilən müsbət təcrübə mübadiləsinin səmərəliliyinin artırılmasıdır.

AZƏRTAC