Polşada səfərdə olmuş nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçiriblər

AVCİYA-nın seçki qərargahı prezident seçkiləri ilə əlaqədar apardığı müşahidələrin nəticələrini açıqlayıb
IMPAKT FAKTOR!
AVCİYA prezident seçkiləri ilə bağlı apardığı yekun hesabatı oktyabrın 18-də açıqlayacaq

Yanvar ayının 30-dan fevralın 2-dək Polşada səfərdə olmuş nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, səfər barədə məlumat verən nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov səfərin məhsuldar keçdiyini, səfər çərçivəsində 9 rəsmi görüş keçirildiyini, 10 saziş imzalandığını bildirib. Nümayəndə heyəti Polşanın bir sıra ali təhsil müəssisələrində olub: “Biz bu səfərdə 3 mühüm iş gördük. Birincisi Polşa ilə Azərbaycan arasında 540 illik əlaqələrə yeni ruh verdik. Ən başlıcası isə ölkələr arasındakı dostluq, əməkdaşlıq körpüsünü bir daha möhkəmləndirdik. Düşünürəm ki, imzaladığımız hər bir müqavilə kağız üzərində qalmayacaq, praktik olaraq həyata keçiriləcək”.

 Millət vəkili həmçinin əlavə edib ki, görüşlərin təşkilində Azərbaycanın Polşadakı səfirliyi də mühüm rol oynayıb.

Nümayəndə heyətində təmsil olunmuş sənaye və energetika naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyasının sədri Natiq Əliyev qeyd edib ki, ötən ilin sonlarında keçirilmiş hökumətlərarası komissiyasının iclasında ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın bütün istiqamətləri müzakirə olunub: “Polşa Azərbaycan üçün əhəmiyyətli ölkələrdən biridir”.

Nazir qeyd edib ki, keçirdiyi görüşlərdə enerji layihələri barədə məsələlər müzakirə olunub, regionda reallaşdırılan layihələr barədə məlumat verilib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, Polşa Avropa Birliyinin üzvü olan ən böyük ölkələrdən biridir. Səfər çərçivəsində Polşa elm və təhsil naziri ilə görüşdüyünü deyən M. Mərdanov görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub: “Polşa tərəfi beynəlxalq tədbirlərdə, təşkilatlarda Azərbaycanın mövqeyini həmişə müdafiə edir”.

BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, səfər çərçivəsində BDU ilə Polşanın 4 universiteti arasında memorandum imzalanıb.

Tədbirdə millət vəkilləri Fazil Mustafa, Gülçöhrə Məmmədova, Səməd Seyidov, Qüdrət Həsənquliyev və Fərəc Quliyev səfərlə bağlı təəssüratlarını açıqlayıblar. Tədbirdə Polşanın Azərbaycandakı səfiri Mixail Labenda da iştirak edib. /Trend/