PRESS-RELİZ

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşrə göndərilib
Anar Kərimov: “İCESCO-nun regional ofisi Şuşada fəaliyyət göstərəcək”
Çin telekanalı: Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkədir

“İnsan hüquqları XXI əsr-Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial problemlərinin həlli məqsədilə psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasını yekunlaşdırmışdır.

Layihənin əsas məqsədi Bakı şəhərinin rayonlarında yaşayan Müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin etmək üçün tədbirlərin görülməsi, peşəkar hüquqşünasların və psixoloqların iştirakı ilə ailə üzvlərinin psixoloji və hüquqi vəziyyətinin analiz olunması və mənəvi dəstəyin verilməsi, effektiv və pulsuz hüquqi və psixoloji yardımla təmin edilməsi, xüsusi ilə hərbiçilərdə dövlətçiliyə və gələcəyə olan inamın gücləndirilməsinə kömək etməkdən ibarət olmuşdur.

Layihə çərçivəsində hər birində 5 itkin ailəsi fərdinin iştirak etdiyi 5 Qrup görüşü keçirilmiş, 62 itkin ailəsinə hüquqi və psixoloji yardımlar edilmiş, Qrup görüşü iştirakçılarının hər birinə isə siyahıları Şura ilə razılaşdırmaqla ərzaq yardımı-30 manatlıq hədiyyə kartları təqdim edilmişdir. Layihə çərçivəsində həmçinin COVİD-19 pandemiyası ilə bağlı məlumatlandırıcı flayerlər hazırlanmış itkin ailələrinin və cəmiyyətimizin digər fərdlərinin maarifləndirilməsi üçün paylanmışdır.

Qeyd edək ki, Fondumuz tərəfindən 2017-ci ilə qədər Beynəlxalq Qızıl Xaç Komitəsi və Şura ilə əməkdaşlıq çərçivəsində, 2017-ci ildən sonra isə birbaşa Şuranın dəstəyi itkin ailələri ilə əməkdaşlıq edilməkdədir İcra edilmiş 10-larla layihə çərçivəsində itkin ailələrinin problemləri öyrənilmiş, yüzlərlə itkin ailəsinə hüquqi və psixoloji sahədə pulsuz yardımlar edilmişdir. Fondumuz ölkə ərazisində itkin düşmüş şəxslərimizin xatirəsinə ucaldılmış ilk və tək abidənin də qurucusudur.

Mətbuat Xidməti