“Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin icrası yekunlaşıb

Azərbaycanın Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
Quram Marxuliya: Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” fondunun  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi  “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi” layihəsinin icrası yekunlaşıb. Layihə çərçivəsində yaradılmış etimad xəttinə 150-yə yaxın zəng daxil olmuş, layihəyə cəlb olunan psixoloq və hüquqşünasların dəstəyi ilə ümumilikdə 100-ə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinə fərdi psixoloji və hüquqi yardım göstərilib. 3 ay müddətində davam edən layihənin əsas məqsədi vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqlarını xatırlatmaq, onları  effektiv və pulsuz hüquqi, psixoloji yardımla təmin etməkdir. Onu da qeyd edək ki, “İnsan Hüquqları XXI əsr– Azərbaycan” fondu bu günə qədər Beynəlxalq Qırmızı Xaç komitəsi və Şura ilə birlikdə Bakının bütün rayonlarda müharibədə itkin düşmüş şəxslərin ailələrini psixo-sosial (tibbi-hüquqi xidmətlər) sahələrdə müşaiyət edib.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun məlumatına əsasən 1 may 2017-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxs kimi qeydiyyatdan keçirilmiş şəxslərin sayı 3868 nəfər təşkil etmişdir. Onlardan 3123 nəfər hərbçi, 745 nəfər mülki şəxslərdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına görə isə 3780 nəfər itkin düşmüşdür. 1437  nəfər isə bu günə kimi girovluqdan azad edilmişdir.

                                                                                            Mətbuat xidməti

                                                                                            30.10.2017