Prezident: Azərbaycan dövləti hər zaman vətəndaşların yanındadır

Bu il məcburi köçkünlər üçün tikiləcək evlərin sayı məlum oldu
Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
AVCİYA prezident seçkiləri ilə bağlı apardığı yekun hesabatı oktyabrın 18-də açıqlayacaq

Məcburi köçkünlərin problemləri həll olunur. Bu il 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilib.

AZƏRTAC xəbər verir ki, bu faktları Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib.

Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikildiyini qeyd edən dövlətimizin başçısı bildirib ki, bu böyük zəlzələnin fəsadlarının mütləq əksəriyyəti cəmi 10 ay ərzində aradan qaldırıldı. “Bu da unikal məsələdir, çünki bu, bizim niyyətimizi, gücümüzü göstərir. Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır”, – deyə Prezident vurğulayıb.