Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbərini qəbul edib

QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
Şamaxının millət vəkili Elxan Süleymanov məzunlarla görüş keçirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə etdi.