Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumda iştirak edir
“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edib

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

AZƏRTAC