
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” adlı yeni kitabı işıq üzü görüb.
Kitabda “Ucar sözünün mənşəyi”, “Rayon ərazisi qədim dövrdə – Bərgüşad, Qazyan, Ramal küp qəbirləri”, “Yuxarı Şilyandan tapılmış dəfinə”, “Rayon ərazisi orta əsrlərdə. Azərbaycanın görkəmli şairi Həbibi”, “Ucar stansiyasının yaranma tarixi”, ““Paxanlar” məhəlləsinin yaranması (1870-1917-cı illər)”, “Çar rejiminə qarşı Ucarda qaçaq hərəkatı”, “Ucar-Göyçay-Şəki dəmir yolu layihəsi”, “Ucar ərazisi 1918-1920-ci illərdə”, Göyçay qəzasında törətdilmiş 1918-ci ilin iyun soyqırımı”, “Göyçay döyüşlərində Ucar stansiyasının strateji əhəmiyyətindən (iyun-iyul1918- ci il)” detallı bəhs olunur. Müəllifin adıçəkilən kitabında “AXC-nin Türkiyəyə oxumağa göndərdiyi ucarlı tələbə – Sədi Hacı Həsən oğlu”, “ Ucar rayonu sovet hakimiyyəti illərində (1920-1991-ci illər)”, “Ucar ərazisi 1920-1941-ci illərdə”, “Böyük Vətən Müharibəsinin ucarlı iştirakçıları (1941-1945-ci illər)”, “ Ucar 1945-1960-ci illərdə”, “Ucara birləşdirilmə əleyhinə Zərdab üsyanı (1963-1965-ci illər)”, “1969-1991-ci illərdə Ucar rayonunun inkişafı”, “ Ucar rayonu dövlət müstəqilliyinin bərpasından sonra (1991-2026-cı illər)”, “1991-1993-cü illərdə Ucarda ictimai-siyasi vəziyyət”, “Ucar rayonu 1993-2026-cı illərdə”, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Ucar şəhidləri”barədə tarixi gerçəklikləri əks etdirən yazılar xüsusilə diqqətçəkəndir. Bundan başqa kitabda “Süni intellekt “Ucar tarixi” haqqında” material da yer alıb.
ATMU-nun professoru,tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” adlı kitabı ilə maraqlananlar maharramzulfugarli.com saytında və M.F.Axundov adına Mərkəzi kitabxanada tanış ola bilərlər.