Qafqaz və Mərkəzi Asiya üzrə ən aşağı ortalama inflyasiya Azərbaycanda olacaq

Bakıda yəhudi irsi və mədəniyyəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Minskdə görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd edilib
Ahıska türklərinin etnik tarixi- Sürgün və Vətən mücadiləsi

“S&P Global Ratings” (“S&P”) agentliyinin proqnozlarına görə, 2021-2024-cü illərdə Azərbaycanda istehlakçı qiymətlərinin ortalama artımı 4%-dən az artacaq.

“APA-Economics”in agentliyin Qafqaz və Mərkəzi Asiya üzrə hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə yüksək yanacaq və ərzaq qiymətləri, tədarük zəncirinin pozulması və güclü iqtisadi bərpa nəticəsində yaranan inflyasiya təzyiqləri regionda əksər mərkəzi bankları siyasətlərini sərtləşdirməyə sövq edib. “S&P”yə görə, regionda inflyasiya 2022-ci ildən mülayimləşəcək.

Qeyd edilir ki, “S&P”nin “CCA-6” (Qafqaz və Mərkəzi Asiya-6) adlandırdığı və Azərbaycandan başqa Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Ermənistan, və Rusiyanın daxil olduğu regionda 2021-2024-cü illərdə ən aşağı ortalama inflyasiya Azərbaycanda, ən yüksək inflyasiya isə Özbəkistanda olacaq (ortalama 10%-dən çox).

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə ortaillik inflyasiya 5,7%, oktyabr ayında isə illik inflyasiya isə 10% təşkil edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, 2021-ci ilin sonuna dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6% səviyyəsində gözlənilən ortaillik inflyasiya 2022-ci ildə 4%-dək yavaşlayacaq.

Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq.

APA