Qaragöl şivəni və icra olunmayan Sərsəng qətnaməsi

Milli məclisdə bu gün bir neçə qanuna dəyişiklik layihələri səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib
Artur Rəsizadə seçkilərdə səs verib
Bayrağımız – qürur mənbəyimiz

AŞ PA hələ 2016-cı ildə Sərsəngi azad etməyə çağırmışdı; sənəddə nələr əksini tapıb?

Qarabağda burnu ovulanların Qaragöl istiqamətində həyasızlığı davam edir. Şübhəsiz ki, “ilana zəhər verən kərtənkələ”lərin sayəsində. Yoxsa cəmi 44 günə ordusu darmadağın olan, hərbi texnikaları Xəzərin sahilindəki Hərbi Qənimətlər Parkında sərgilənən bir ölkənin Müdafiə Nazirliyi Azərbaycana az qala ultimatum vermək cəsarətində olmazdı…

Ermənistan illər idi ki, Qarabağdakı gərginliyi iki dövlətin sərhədinə keçirməyə çalışırdı, “Rus NATO”-sunu, elə həm də Amerikanın, Avropanın NATO-sunu proseslərə cəlb etmək üçün. Saysız-hesabsız təxribatlara əl atdılar, mülki vətəndaşlarımızı, hərbçilərimizi şəhid etdilər, insanlara külli miqdarda zərər vurdular. Sonuncu dəfə Tovuz istiqamətindən alçaq planı reallaşdırmaq istədilər. Türkiyə Cümhurbaşqanı demişkən, “Ermənistanın boyunu aşan” plan bu dəfə də keçmədi, Azərbaycan səbrli və tədbirli davrandı…

Budur, indi növbəti istiqamət seçilib, Laçin rayonunun Qaragöl ərazisi. Qonşu dövlətin torpağını 30 il işğalda saxlayan Ermənistan əslində bölgə üçün təhlükə mənbəyi olduğu üçün ordu saxlamaq hüququndan belə, məhrum edilməli idi. Ancaq dünənə qədər onu “İskəndər-M” raketləri ilə, müxtəlif silah-sursat, hərbi texnika ilə təchiz edənlər bu gün yenə də terrorçu ölkəni dirçəltməyə çalışırlar. Kosmosdan yerdəki quşu “gözündən vuran” paytaxtlar guya Qaragölün Azərbaycana məxsus olduğunu bilmirmişlər. Lap zəhlətökənlik edirlər, Azərbaycan sərhədçilərinin sərhəd xəttində dayanmasını sinirə bilmirlər, az qala hər gün nəsə yeni bir şeylər donquldanırlar.

Əslində biz çoxdan onların iç üzünə bələdik. Bu dövlətlər ötən əsrin əvvələrində Azərbaycan torpaqlarında Ermənistan adlı qondarma dövlət qurdular. Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti aylarla Paris Sülh Konfransına qatılmaq üçün viza gözlədi. Hansı ki, Azərbaycan torpaqlarında dövlət sahibi olmuş ermənilər xeyli əvvəl Parisə yetişmiş, yuxarı başda oturdulmuşdu. Azərbaycan heyəti isə Parisə konfransın yalnız sonuncu həftəsində yetişə bildi, liderlər dağılışanda. yalnız ABŞ prezidenti Vilsonla qısa görüş baş tutdu. Əks təqdirdə, dövlətimiz də tanınmaya bilərdi. Çünki məqsədləri bəlli idi, Naxçıvan daxil, ərazilərimizin daha böyük qismini Ermənistana hədiyyə etmək niyyəti var idi Amerikanın, Fransanın, Almaniyanın, Britaniyanın…Türkiyə ilə Azərbaycan arasında əlaqənin kəsilməsi planı daim masada olub. Bu gün də Zəngəzur dəhlizinin açılmasını qəbul edə bilmirlər.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, münaqişə bitib. İndi dünya gücləri bölgədə yeni münaqişə ocağı çatmaq üçün cəhdlər edirlər, regiona “burunlarını soxmaq üçün”.

Ermənistan əhalisi şivən salıb ki, Qaragöl bölgəsi Azərbaycana verilsə, susuz qalacağıq, donuz otarmağa yerimiz olmayacaq, əkin sahələrimiz quruyacaq, daha nələr. Adam heyrətlənir, belə cəhənnəmə ki…Azərbaycanın hesabına bu qədər yaşadınız, qudurdunuz, məscidlərimizdə donuz saxladınız, on illər boyunca sularımızın qarşısını kəsdiniz, axar çaylarla zəhər, mina axıtdınız, indi cəzanızdı, çəkin! Digər tərəfdən, nə qədər həyasız olasan ki, özgənin ərazisinə bu şəkildə iddia edəsən.
Bu gün ermənilərin halına acıyan, yaxasını yırtan Makronun Fransası Azərbaycan əhalisinin ötən ön illərdə əzab çəkəndə niyə səsini çıxartmırdı, “bacısı”nın başına ağıl qoymurdu? 
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sərsəng Su Anbarı ilə bağlı qətnaməsi axı, elə Fransada qəbul olunub. Qurumun 2016-ci ildə qəbul etdiyi, o zamankı deputat, AVCİYA prezidenti Elxan Süleymanovun müəllifi olduğu 2085 saylı qətnaməsində (“Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair”) deyilirdi ki, su anbarının texniki vəziyyəti “böyük insan tələfatı ilə” müşayiət olunan fəlakətə səbəb ola bilər.

1545027718_img2218587.jpg (15 KB)

O zaman AŞ PA Sərsəngi azad etməyə çağırmışdı. Nümayəndə heyətimizin 2016-cı ildə hazırladığı “Azərbaycanın sərhəd rayonunun əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə büro tərəfindən yekdilliklə qəbul edilmişdi.

Ardınca bu qərar qurumun plenar sessiyasında təsdiqlənmişdi. Ancaq Ermənistan kağız parçası kimi kənara tulladı bu qətnaməni. İşğalçı, terrorçu ölkəyə kimsə təzyiq göstərdimi? İnsanları su ilə sınağa çəkənlərə qarşı bir cəza tədbiri oldumu? İndi nə baş-beynimizi aparırlar?
Yeri gəlmişkən, elə indi də Sərsəngə Azərbaycan dövləti nəzarət etmir, Rusiya sülhməramlılarının təsir dairəsində, ermənilərin olduğu ərazidədir. Deməli, təhlükə qalır. 1976-cı ildə tikilən və sonrakı dönəmlərdə ciddi təmir işləri aparılmayan anbar çat verə, bölgə suyun altında qala bilər. Sərsəng su anbarının tutumu 560 mln kubmetrdir, onun bəndinin hündürlüyü 125 metrdir. Adi rəqəmlər deyil. Odur ki, Ermənistan və havadarları Laçın rayonunun ərazisinə daxil olan Qaragöldə zəhlətökənlik etməkdənsə, Qarabağdakı bir ovuc erməninin başına ağıl qoysalar, daha yaxşı olar. Tərtərçayın üzərindəki ikinci su anbarı Suqovuşan azadlıqda olsa da, Qarabağ bölgəsini suvarma suyu ilə təmin etməli olan Sərsəng hələ də nəzarətdən kənardır. Vaxtilə Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədinin 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edən bir anbar niyə 25 min erməni və 1960 rus sülhməramlısının nəzarətində qalmalıdır ki?..

Elşad PAŞASOY
“Yeni Müsavat”