“Qaraheybət” qəzası şəhidləri ilə vida mərasimi keçirilir

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
İşğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonası yaradılacaq

Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində ötən gün Xızıdakı “Qaraheybət” poliqonu üzərində qəzaya uğramış Mi-17 vertolyotunda şəhid olan zabitlərlə vida mərasimi başlayıb. Əməkdaşımız xəbər verir ki, vida mərasimində Dövlət Sərhəd Xidmətinin və digər güc strukturlarının rəhbərliyi, şəhidlərin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir. Şəhidlərin cənazələrinin qoyulduğu tabutlar tribuna önünə qoyulub.

Xatırladaq ki, qəzada polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu,  kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam  Əlixan oğlu, kapitan Qaraisayev Teymur  Ənvər oğlu, leytenant  Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu şəhid olublar.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.