Qazax rayonunda mina hadisəsi baş verib, ANAMA-nın əməkdaşı xəsarət alıb

Mədəniyyət Nazirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb
İlham Əliyev Zəngilanda Cahangirbəyli kəndinin təməlini qoyub
Milli Məclisin 2026-cı il payız sessiyası üzrə ilk plenar iclası keçirilir

Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baș verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı olub. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

Samir İmamverdiyev Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub, vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

AZƏRTAC