Qış olimpiadasının açılış mərasimi başlayıb

Azərbaycanın xarici işlər nazirinin məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
Niderlandda mart soyqırımı ilə bağlı “Səssiz yürüş” keçirilib
AVCİYA Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı gördüyü hazırlıq işlərinə dair məlumat verib

Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

“Report”un məlumatına görə, Pekin Milli Stadionundakı tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Mərasimə şef de-mission Anar Bağırovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Paradda Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq. Azərbaycan heyəti paraddan 42-ci keçəcək.

Çin olimpiadanın rəsmən açıq elan olunması ilə birlikdə Yay (2008) və Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş ölkə kimi tarixə düşüb.

Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayır. Yarışda 15 idman növü üzrə 109 dəst medal sahibini tapacaq. “Tonq Ksin” (“Hamı bir nəfər kimi birlikdə”) adlanan medalların bir üzündə Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və Pekin-2022-nin loqosu, digər tərəfində isə Olimpiya halqalarının təsviri əks olunub.

Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Report