Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 15-ci iclası keçirilib

“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub
Bakıda prezident seçkilərində KİV-lərin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib
Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyanın 15-ci (onlayn) iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 27.07.2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na əsasən su və su təsərrüfatı obyektlərindən nəzarətdənkənar istifadənin aradan qaldırılması, uçotun təkmilləşdirilməsi və nəzarətin təmin edilməsi istiqamətində verilmiş tapşırıqların icrası ilə bağlı görülmüş tədbirlər barədə Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının məruzələri dinlənilib və müzakirələr aparılıb.

Müzakirələrin nəticəsinə əsasən Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə qədər Kür çayı hövzəsi üzrə su ehtiyatlarından səmərəli və qənaətli istifadəni və məsələnin həllinə kompleks yanaşmanı təmin etmək məqsədilə inteqrasiyalı idarəetmə mexanizminin tətbiqinə dair Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarına və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına zəruri tapşırıqlar verilib.

AZƏRTAC