Rəqəmsal məşğulluğa keçid əmək qanunvericiliyinin, məşğulluq siyasətinin elektronlaşdırılmasına gətirib çıxaracaq

Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Özbəkistanın tnews.uz portalı Azərbaycan və Rusiyanın birgə dəniz səyahətləri təşkil edəcəyindən yazır
Mövlud Çavuşoğlu: “Hər kəs Azərbaycanın sərhədlərinin toxunulmazlığına və onun ərazi bütövlüyünə hörmət göstərməlidir”

“2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının yaradılmasına başladıq”.

Bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

M. Abbasbəyli bildirib ki, bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq:  “Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çəkməyi nəzərdə tuturuq”.

APA