“Sərsəng harayı” müsabiqəsi

AVCİYA 1918-ci il mart soyqırımına həsr olunmuş tədbir keçirdi
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri ilə görüşüblər

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası jurnalistləri, ayrı-ayrı müəllifləri və müəlliflər kollektivini “Sərsəng harayı” adı altında müsabiqədə iştirak etməyə dəvət edir.

Müsabiqənin əsas məqsədi kütləvi informasiya vasitələrinin, ölkə əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qəzalı vəziyyətdə olan Sərsəng Su Anbarının  Azərbaycan rayonları üçün törətdiyi təhlükəyə cəlb etməkdən, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsini gündəmdə saxlamaqdan ibarətdir.

Müsabiqənin qalibləri üçün aşağıdakı pul mükafatları nəzərdə tutulmuşdur:

I yer 1000 manat

II yer 750 manat

III yer 500 manat.

Müsabiqədə nəşr, elektron və video materiallarla iştirak etmək mümkündür. Müsabiqədə iştirak edəcək işlərin qəbulu 15 fevral 2014-cü il tarixdə yekunlaşacaq.

Çap materialları qəzetdən və ya jurnaldan kəsilmiş parçalar, məqalənin kserokopiya surəti halında, elektron materiallar saytın adı göstərilməklə çap olunmuş vəziyyətdə, video materiallar isə CD və ya DVD diskdə qəbul olunur.

Materialın Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının keçirdiyi “Sərsəng harayı” adlı müsabiqə üçün təqdim edildiyi qeyd olunmalı və ya səsləndirilməlidir.

Qaliblərin mükafatlandırılması 2014-cü ilin fevral-mart aylarında baş tutacaqdır.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı www.sarsang.org saytından almaq olar.

Müsabiqə materialları Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ofisinə göndərilməlidir (Ünvan: M.Mirqasımov küç. 4, mənzil 45; AZ 1007, Bakı ş., Azərbaycan Respublikası)

Əlaqə telefonu: Samir İsayev 050/055/070 – 232-04-31

Rüstəm Əliyev 012-436 – 27-20

e-poçt: [email protected]