“Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi üzrə ictimai hesabatın Yevlax rayonunda təqdimatı

Ermənistana məxsus PUA məhv edilib
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil

03.10.2014. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ötən bir il ərzində “Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi çərçivəsində gördüyü işlərə dair Sərsəng su anbarının əhatə dairəsinə düşən rayonlarda İctimai hesabatını təqdim etməyə başlamışdır.

Ilk olaraq 3 oktyabr 2014-cü il tarixində Yevlax şəhərində rayon bələdiyyə, kənd icra nümayəndələrinin, fermer təsərrüfatlarının rəhbərlərinin, iş adamlarının, su təsərrüfati və meliorasiya təsərrüfatları əməkdaşlarının, yerli icmaların, məktəb direktorlarının, kənd tibb məntəqələrinin və rayon fəallarının iştirakı ilə İctimai hesabat görüşləri keçirilmişdir.

Görüşdə çıxış edən AVCİYA-nın eksperti Şahin Camalov və layihə əlaqələndiricisi Samir İsayev görülən işlər barədə məlumat vermiş, AVCİYA ekspertlərinin hazırladıqları hesabatların təqdimatını keçirmişlər.

Növbəti günlərdə isə  digər rayonlarda da bu cur ictimai hesabatların təqdim olunması həyata keçiriləcəkdir.

AVCİYA-nın mətbuat xidməti