“Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi üzrə ictimai hesabatın Ağdam rayonunda təqdimatı

İtaliyada keçirilən “Bərpa həftəsi – 2021” çərçivəsində Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər nümayiş olunub
“Sərsəng – SOS” adlı tədbir keçirilib
7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Haqqı Kəskin bəyin (Almaniya bundestaqının keçmiş deputatı) çıxışı

31.10.2014. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ötən bir il ərzində “Sərsəng humanitar faciəsinin qarşısının alınması” layihəsi çərçivəsində gördüyü işlərə dair Sərsəng su anbarının əhatə dairəsinə düşən rayonlarda İctimai hesabatını təqdimatını davam etdirir.

31 oktyabr 2014-cü il tarixində Ağdam rayonu Xındırstan qəsəbəsində bələdiyyə, kənd icra nümayəndələrinin, fermer təsərrüfatlarının rəhbərlərinin, iş adamlarının, su təsərrüfati və meliorasiya təsərrüfatları əməkdaşlarının, yerli icmaların və rayon fəallarının iştirakı ilə İctimai hesabat görüşləri keçirilmişdir.

Görüşdə çıxış edən AVCİYA-nın eksperti Şahin Camalov və layihə əlaqələndiricisi Samir İsayev görülən işlər barədə məlumat vermiş, AVCİYA ekspertlərinin hazırladıqları hesabatların təqdimatını keçirmişlər.

Növbəti günlərdə isə  digər rayonlarda da bu cur ictimai hesabatların təqdim olunması həyata keçiriləcəkdir.

AVCİYA-nın mətbuat xidməti