Sabah saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut olacaq

Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncam canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədi daşıyır.

Sərəncamla Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Report