İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşür
Şəxsiyyəti müəyyənləşdirilən daha 17 itkin şəhid dəfn olunacaq
Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.

Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulandı, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edildi.

Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.

Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı.

President.az