Şamaxıda üçüncü Sabir bulağı açılıb

Qarabağla bağlı petisiya dünyada ikinci olub
Dünya mediası Sərsəng su anbarının qəzalı vəziyyətdə olmasından yazır
AzTU-da Obama administrasiyasına ünvanlanan Qarabağ petisiyası ilə əlaqədar görüş keçirilib

Şamaxıdan seçilən deputat Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Şamaxının Çarhan kəndində üçüncü Sabir bulağının açılışı olub. SalamNews-un məlumatına görə, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Qasım Qasımov deputat E.Süleymanovun seçicilərin problemlərinə qayğı ilə yanaşdığını deyib. Milli Məclisin üzvü seçicilərini salamladıqdan sonra 3 kənddə reallaşan işlərin davamlı xarakter alacağını bildirib.

Tədbirdə iştirak edən xarici qonaqlar, rayon ziyalıları, kənd ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Bulağın açılışından sonra tədbir rayon mərkəzindən gələn aşıq-musiqi qrupunun şux mahnıları və E.Süleymanovun təsis etdiyi M.Ə.Sabir və S.Ə.Şirvani təqaüdçüləri adına layiq görülən məktəblilərin şeir nömrələri ilə davam edib.