SAMF internet-medianın monitorinqinə başladı

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun ilk iclası Bakıda keçiriləcək
Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən ən böyük yarımstansiya yenidən qurulur
AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı Aralıq Hesabat təqdim etdi

Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın monitorinqinin reallaşdırılmasına start verib. Bir ay ərzində davam edəcək monitorinq zamanı ölkəmizdə müasir KİV sahəsi olan internet-medianın kütləvi informasiya vasitəsi kimi bir neçə parametrdən təhlil edilməsi planlaşdırılıb. Belə ki, monitorinq zamanı onların ayrı-ayrılıqda media qurumu kimi ölkə vətəndaşlarının informasiyaya olan tələbatını ödəməsi baxımından fəaliyyətləri, internet-media orqanlarında gündəlik informasiyaların həcmi, xəbərlərin yerləşdimə intervalı nəzərdən keçiriləcək. Habelə yerləşdirilən informasiyalarda siyasət, iqtisadiyyat, reklam, kriminal və əyləncə xəbərlərinə yer ayrılması təhlil ediləcək, o cümlədən xəbərlərin hazırlanmasında peşəkarlıq, operativlik, iri həcmli yazılarda milli-mənəvi dəyərlərə söykənən problemlərinin analizi və Azərbaycan dilinin saflığının internet-mediada qorunması məsələlərinə xüsusi diqqət yetiriləcək.
Xatirladaq ki, bir müddət əvvəl fondun əməkdaşları KİV-lərə məxsus internet resursların monitorinqini həyata keçirmişdir.
Qeyd edək ki, artıq reallaşdırılmasına başlanılan layihənin mütəxəssislərin geniş fikir mübadilələri ilə dəyirmi masada yekunlaşdırılması nəzərdə tutulur.
SAMF
07/12/2010