Sərsəng su anbarı Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilmişdir

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilər haqqında məlumat yayıb
AVCİYA “Sərsəng harayı” adlı müsabiqə elan edib
Bərdə rayonunun Tərtər çayı hövzəsində yerləşən yaşayış məntəqəsinin siyahısı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin ərazisindəki Sərsəng su anbarının respublikamızın bir sıra rayonları üçün doğurduğu təhlükə ilə bağlı layihənin icrasına başlamışdır.

AVCİYA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 1976-cı ildə inşa edilmiş Sərsəng su anbarının işğal altında olduğu 20 ildən artıq müddətdə texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşmiş, onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşmüşlər. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür.

Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilmişdir. Bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza nəticəsində ekoloji böhran və bioloji müxtəlifliyin sıradan çıxması ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 min mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür.

AVCİYA sentyabrın 7-də Tərtər şəhərindəki Gənclər evində Sərsəng su anbarı ilə bağlı layihənin təqdimat mərasimini keçirəcəkdir. Mərasimdə Milli Məclisin deputatları, xarici qonaqlar digər rəsmi şəxslər iştirak edəcəklər.