Şimal bölgəsində seçicilər altı dairə üzrə 76 namizəd arasında seçim edirlər

Hikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi
Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb

Fevralın 9-da səhər saat 8:00-da şimal bölgəsindəki seçki məntəqələrində Milli Məclisə seçkilərə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 366 məntəqədə səs verirlər. Bu regionda 6 deputat yerinə 76 namizəd mübarizə aparır.

Şimal regionunda qeydə alınan seçicilərin sayı 283 min nəfərdən çoxdur. Onlardan 5 min nəfərə yaxını ilk dəfə səs verən gənclərdir.

Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən bildirilib ki, qarlı hava şəraitinə baxmayaraq, məntəqələrdə səsvermənin ilk anlarından seçici fəallığı müşahidə olunur. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyir. 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər kəsə səsverməni onlayn izləmək imkanı verir.