Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb 

Şanlı Aprel döyüşlərindən beş il ötür
Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycana gəlib
Azərbaycanın Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin edilib.

Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çoxmənzilli binalarda, həm də yenidən bərpa olunmuş evlərində məskunlaşıblar.

Report