Rusiya prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsini qəbul edib

Gələn il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub
VIII Qlobal Bakı Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib
Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilib 

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya Vaşinqtonun Ukraynadakı müharibənin tənzimlənməsinə dair rəsmi mövqeyini və yeni sülh planını əks etdirən sənədlər gətirib.

Musavat.com xəbər verir ki, bu barədə amerikallı emissar Rusiya prezidenti Vladimir Putin ilə Sankt-Peterburqda keçirilən görüşün əvvəlində məlumat verib.

Uitkoff Rusiya rəhbərliyinin Rusiya-ABŞ-Ukrayna formatında üçtərəfli danışıqlar prosesinin bərpa olunması imkanlarını nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib. Bundan əlavə, ABŞ rəsmisi Trampın adından “dizel sazişi”nin icrasına görə Putinə təşəkkürünü çatdırıb. Rusiya lideri öz növbəsində qeyd edib ki, tədarük məhdudiyyətləri aradan qaldırıldıqdan sonra daxili və qlobal bazarlarda dizel yanacağının qiyməti 5-6% aşağı düşüb.

Ağ Evin xüsusi nümayəndəsi müharibə başa çatdıqdan sonra Rusiya ilə ABŞ arasında ticarət-iqtisadi əlaqələrin bərpası və inkişafı üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi də hərbi əməliyyatlar dayandıqdan sonra yaranacaq iqtisadi üstünlükləri yaxşı dərk edir.

Danışıqlar Strelnadakı Konstantinov sarayında mətbuata tam qapalı şəraitdə keçirilir. Məsləhətləşmələrdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev təmsil edir.

Qeyd edək ki, Uitkoff Sankt-Peterburqa oktyabrın 21-də gəlib. Rusiyaya səfərindən dərhal əvvəl o, Osloda Ukrayna Prezidenti Volodimir Zelenski, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə məsləhətləşmələr aparıb. Bir qədər əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio Vaşinqton emissarının Osloda hazırlanan təklifləri Rusiya rəhbərliyinə təqdim edəcəyini bəyan edib.

Musavat.com