Stiven Kalonzo Musyoka: Azərbaycanda seçkiqabağı mühit heyranedici dərəcədə sakitdir

Beynəlxalq Astronavtika Konqresi: İlon Mask sualları cavablandırıb 
Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonla tanış olublar

Azərbaycanda, gözəl Bakı şəhərində olduğum üçün xoşbəxtəm. Mənim təmsil etdiyim partiya Mərkəzi Demokrat İnternasional Qrupunun üzvüdür və biz sabah keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycandayıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Keniyanın keçmiş vitse-prezidenti, Narıncı Demokratik Hərəkatın partiya rəhbəri, Keniyada ən böyük müxalifət qrupu olan Milli Super İttifaqın koalisiya üzvü Stiven Kalonzo Musyoka deyib.

“Rəsmi təşviqat kampaniyası artıq bitib. Azərbaycanda seçkiqabağı mühit heyranedici dərəcədə sakitdir. Mən seçicilərə sadəcə uğurlar, layiqli namizədin qalib gəlməsini arzu edirəm. Sabah mən şəhər kənarına gedəcəyəm. Təxminən Bakıdan 20-30 dəqiqəlik məsafədə olan şəhərdə müşahidəçi olacağam. Ümid edirəm ki, səhər tezdən seçki məntəqəsinin açılışını müşahidə edə biləcəyəm, həmçinin bağlanışda da iştirak edəcəyəm. Azərbaycanlılara gözəl günlər arzu edirəm”, – deyə o qeyd edib.