Klod Monike: Biz Azərbaycana böyük maraq göstəririk

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə keçirilən III MDB Oyunlarının təntənəli açılış mərasimini izləyiblər
Mədəniyyət naziri Özbəkistan Baş nazirinin müavini ilə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

Mən siyasi, risk və təhlükəsizlik analizləri sahəsində ixtisaslaşmış Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin həmtəsisçisiyəm. Bizim mərkəzimiz Brüsseldə yerləşir. Biz keçmiş sovet ölkələrinə, xüsusilə Qafqaza və Azərbaycana böyük maraq göstəririk. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Axırıncı dəfə buraya 5-6 il əvvəl gəlmişəm. Hazırda 11 aprel prezident seçkilərini müşahidə etmək üçün buradayıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin həmtəsisçisi Klod Monike söyləyib.

“Proseslərin düzgünlüyünü, demokratik və beynəlxalq standartlara cavab verib-vermədiyini müəyyən etməliyik. Azərbaycanı bir qədər tanıyan biri olaraq deyə bilərəm ki, ərazisinin bir hissəsi işğal altında olan, müstəqillik tarixi 30 ildən az bir müddəti əhatə edən bir ölkə üçün Azərbaycan yaxşı mövqedədir. Digər Sovet İttifaqı ölkələri ilə müqayisə etsək, deyə bilərəm ki, Azərbaycan belə bir çətin kontekstdə özünü çox yaxşı idarə edir. Hətta o, digər ölkələr üçün nümunə ola bilər”, – deyə Klod Monike bildirib.